TBİLİSİDƏ AZƏRBAYCAN QADIN FOTOQRAFLARININ SƏRGİSİ KEÇİRİLMİŞDİR
40 fotoşəklin nümayiş olunduğu sərgidən məqsəd gürcü ictimaiyyətini Azərbaycan qadını obrazı ilə tanış etməkdir.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev gənc qadın fotoqraflarımızın əsərlərinin Azərbaycan qadınının həyat və fəaliyyəti haqqında geniş təəssürat yaratdığını bildirmişdir.
O, bu sərginin səfirliyin may ayında Tbilisidə təşkil etdiyi ikinci fotosərgi olduğunu xatırlatmışdır. Belə ki, mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş fotosərgi təşkil olunmuşdu.
Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun, Tbilisinin, Kvemo Kartli - Borçalı bölgəsinin nümayəndələri sərgini maraqla nəzərdən keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]