Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulub YENİLƏNİB-2

Tbilisi, 27 oktyabr, AZƏRTAC

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 27-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birlikdə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində çıxış edən Baş nazir Əli Əsədov Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amilin tarixi köklərə söykənən mədəni əlaqələr olduğunu vurğulayıb. Bildirib ki, həm Azərbaycanda, həm də Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib. Azərbaycanın bir çox görkəmli xadimləri, böyük şəxsiyyətləri - Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski Gürcüstanda yaşayıb-yaratmış, əbədiyyətə qovuşmuşlar. Eynilə Gürcüstanın bir çox mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətləri Azərbaycanda fəaliyyət göstərmiş, ictimai və mədəni həyatımıza mühüm töhfələr vermişlər.

1872-ci ildə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının fəaliyyətə başlamasını ölkələrimiz arasında əsrlərə dayanan mədəni əlaqələrin daha bir göstəricisi olduğunu vurğulayan Baş nazir deyib: “Teatrın uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilib. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”.

Ulu Öndər Heydər Əliyevin Gürcüstana isti münasibətindən danışan Əli Əsədov bildirib: “Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə həmişə qonşu dövlətlərə dost münasibəti göstərib. O ki qaldı Gürcüstan, bu, bir xüsusi haldır. Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə Gürcüstana və gürcü xalqına böyük hörmət bəsləmiş, xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Dəfələrlə Gürcüstanda səfərdə olmuş Heydər Əliyevin Gürcüstanın ovaxtkı rəhbəri mərhum Eduard Şevardnadze ilə qarşılıqlı etimada əsaslanan möhkəm dostluq münasibətlərini hamımız yaxşı xatırlayırıq. Məhz onların liderliyi sayəsində ölkələrimizin siyasi, iqtisadi, mədəni-humanitar və bütün digər sahələrdə münasibətlərinin inkişafının möhkəm təməlləri qoyulmuşdur. Hər iki liderin siyasi karyerası unikallığı ilə seçilirdi və oxşar tarixi hadisələrlə yadda qalmışdır. Belə ki, onlar ikinci dəfə öz xalqlarının tələbi ilə artıq müstəqil dövlətin rəhbəri kimi siyasi fəaliyyətlərini davam etdirmişlər. Ölkələrinə rəhbərlik dövründə digər sahələrlə bərabər onlar öz xalqlarının milli-mənəvi dəyərlərinə, dilinə, dininə, mədəniyyətinə, incəsənətinə, musiqisinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşmış, bu irsin qorunması və inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməmişlər. Onu da xüsusi qeyd edim ki, Heydər Əliyev gürcü incəsənətinin, ədəbiyyatının, musiqisinin, kinosunun böyük pərəstişkarı idi”.

Müasir dövrdə Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin bizə miras qalan zəngin tarixi ənənələri yaşatdıqlarını, demokratiya yolu ilə inkişaf edən müstəqil dövlətlərimizin milli maraqlarını qoruyaraq onları daha böyük nailiyyətlərə doğru apardıqlarını vurğulayan Baş nazir təməli qoyulan teatrın peşəkar kollektivinin burada yaradılacaq gözəl şəraitdən layiqincə istifadə edəcək, yeni layihələrlə və tamaşalarla Tbilisinin mədəni həyatında fəal rol oynayacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, bu, Azərbaycan-Gürcüstan mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcək.

“Əminəm ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək. Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlqoyması məhz cari ilə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir. Heydər Əliyevin bu mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilmişdir. Ulu Öndərin əziz xatirəsinə göstərilən hörmət və ehtirama görə öz adımdan, Azərbaycan hökuməti və xalqı adından hörmətli cənab Baş nazir İrakli Qaribaşviliyə, Gürcüstan hökumətinə və xalqına təşəkkürümü ifadə edirəm”, - deyə Baş nazir Əli Əsədov xüsusi vurğulayıb.

Azərbaycanda da hər zaman olduğu kimi, Gürcüstanın görkəmli şəxsiyyətlərinin xatirəsinə böyük hörmət və ehtiramla yanaşıldığını qeyd edən Baş nazir bu günlərdə Gəncədə görkəmli gürcü şairi Nikoloz Barataşvilinin bir zamanlar yaşayıb-yaratdığı və çalışdığı binanın önünə xatirə lövhəsinin vurulduğunu, Qax rayonunda fəaliyyət göstərən Gürcü Dövlət Dram Teatrına böyük gürcü ədibi İlya Çavçavadzenin adının verildiyini xatırladıb.

Baş nazir İrakli Qaribaşvili bildirib ki, Gürcüstanda Azərbaycan teatrının böyük tarixi var. Gürcüstanda ilk Azərbaycan teatrı 1872-ci ildə yaradılıb. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının müasir üslubda yeni binasının təməlinin qoyulmasının əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib: “Bu gün hamımız sevinirik ki, teatrın yeni, müasir binasının təməli qoyulacaq və tezliklə daha əzəmətli bina tikiləcək. Bununla da paytaxtımızın mədəni həyatına daha bir əlamətdar məkan əlavə olunacaq. Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlinin qoyulması Gürcüstan və Azərbaycan arasında möhkəm dostluğun və əməkdaşlığın sübutudur”.

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Gürcüstana səfərini xatırladan Baş nazir deyib: “Bu səfər çərçivəsində çox səmərəli görüşümüz və müzakirələrimiz oldu. Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgini birlikdə ziyarət etdik. Bu il Azərbaycanda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Məhz bu çərçivədə biz bu gün Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlini qoyuruq. Mən Baş nazir Əli Əsədova da təşəkkür etmək istəyirəm. Tbilisiyə gəldiyiniz və 4-cü İpək Yolu Beynəlxalq Forumunda iştirak etdiyiniz üçün minnətdaram. Biz bunu çox yüksək qiymətləndiririk”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UNICEF təqribən 1,1 milyard uşağın birdən çox iqlim təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edir

I rübdə Azərbaycanın birbaşa xarici investisiyalarının həcmi 1,1 milyard dolları ötüb

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bu gün müəyyənləşəcək

Samer Elesavi: Halal iqtisadiyyatın inkişafı üçün vahid standartlar və əməkdaşlıq vacibdir

Dünya çempionatı: Fransa Seneqala qarşı

Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib

AMB: Birinci rübdə Azərbaycan neftinin reallaşmış qiyməti 79 dollar olub

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 68-ə çatıb

Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir

“Sabah” qabonlu futbolçunun transfer hüquqlarına yiyələnib

“Qlobal sülh indeksi”: Dünya II Dünya müharibəsindən bəri ən təhlükəli dövrdədir

İİB rəsmisi: Qlobal halal sektorda istehlak xərclərinin 3 trilyon dolları ötəcəyi gözlənilir

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq

Azərbaycan Milli Kitabxanası CENL-in 40-cı illik iclasında ölkəmizi təmsil edir

Bu ilin I rübündə Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi açıqlanıb

Nizami rayonunda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA

Daşkəsəndə “Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində 300-dən çox sakin müayinədən keçib

Orxan Məmmədov: Azərbaycan halal iqtisadiyyatın inkişafını mühüm iqtisadi imkan kimi qiymətləndirir

Şamil Ayrım: Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə iqtisadi fayda gətirəcək

KOBİA sədri: Halal iqtisadiyyatın inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan nefti 86 dollara satılır VİDEO

Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb

® Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat

Ekspert: İran münaqişəsinin tənzimlənməsi Ukraynaya siyasi və iqtisadi dividend gətirəcək

Baş Dövlət Yol Polisi İdarəsi çağırış edir: “Piyadalar, diqqətli olun!”

İndoneziya sahillərində güclü zəlzələ baş verib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi: İran nüvə öhdəliklərini yerinə yetirməyə bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

15 İyun - müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir ŞƏRH

ABŞ-nin Vitse-prezidenti: Razılaşmalar pozularsa, İrana qarşı zərbələr bərpa edilə bilər

Dünya çempionatı: İran və Yeni Zelandiya milliləri heç-heçə ediblər

Vens: AEBA və ABŞ İrana zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək edəcək

Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib