SİYASƏT
Tbilisidə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dünyada tanıdılması ilə bağlı dəyirmi masa keçirilib
![](/files/galleryphoto/2023/3/1200x630/1694878977213565383_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1694878977546099355_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16948789776282655323_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16948789776412010049_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16948789775440141627_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16948789775278238008_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16948789776023730568_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16948789773091853878_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16948789772366344807_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16948789774939961573_1200x630.jpg)
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Tbilisidə "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dünyada tanıdılmasının əhəmiyyəti " mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb. Azərbaycanın Gürcüstandakı səfirliyi, AZƏRTAC və Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də tədbirin keçirilməsinə təşkilati dəstək göstəriblər.
Tədbir çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın üzləşdikləri problemləri, erməni cəlladların onların başına gətirdikləri müsibətləri əks etdirən fotolardan ibarət sərgi açılıb.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbirin açılışında Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı məlumat verib.
Sonra AZƏRTAC-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyəti, bu konsepsiya ilə bağlı həyata keçirilən layihələr barədə danışıb.
Azərbaycan səfirliyinin müşaviri Eldar Bayramov çıxışında Prezident İlham Əliyevin tapşırığına əsasən xarici ölkələrdə yaşayan soydaşlarımızın inteqrasiyası, o cümlədən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, bu Konsepsiya Qərbi azərbaycanlılarla bağlı məlumat bazasının yaradılması, dünya ictimaiyyətinin məlumatlandırılması və nəhayət Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaları üçün geniş imkanlar yaradır.
Parlament (Tərəfsiz) Jurnalistlər Birliyinin nümayəndəsi, "Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının xarici mediada təbliği" layihəsinin rəhbəri Pərvin Məmmədova layihə barədə məlumat verib.
Vurğulanıb ki, layihə çərçivəsində bir müddət əvvəl bir neçə xarici ölkənin nüfuzlu media nümayəndəsi Azərbaycana dəvət olunub və onlara Konsepsiyanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, bir çox xarici mediada silsilə materiallar dərc olunub. Layihənin Gürcüstanda həyata keçirilməsinin məqsədi bizə dost və qardaş ölkədə yaşayan soydaşlarımızın da məlumatlandırılmasına və eyni zamanda, buradakı Qərbi azərbaycanlıların da bu konsepsiya ətrafında sıx birləşmələrinə nail olmaqdır.
Qərbi Azərbaycanın Ağbabalı mahalından deportasiya olunmuş və hazırda Gürcüstanın Marneuli rayonunun Şulaver kəndində yaşayan Tahir Ələkbərov deyib ki, deportasiya olunmuş soydaşlarımız doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbə məcburi köçkünlərin öz yurdlarına qayıtmasına ümidi daha da artırır. O, layihənin həyata keçirilməsini yüksək qiymətləndirib və soydaşlarımızın bu Konsepsiya ətrafında sıx birləşəcəklərini bildirib.
Tarixçi-alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov deyib ki, bu Konsepsiya təkcə Gürcüstanda deyil, dünyadakı bütün soydaşlarımızın məlumatlandırılmasına təkan verəcək. O, Qərbi azərbaycanlılarla bağlı vahid məlumat bazasının yaradılması istiqamətində işlərə başlamağın vacibliyini qeyd edib.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov da çıxışında layihənin əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycandakı Qərbi Azərbaycan İcmasının rəhbərliyini Gürcüstana səfərə dəvət edib. Bildirilib ki, bu cür səfərlər və görüşlər Konsepsiyanın və layihənin əhəmiyyətini artıracaq, Gürcüstanda məskunlaşan Qərbi azərbaycanlıların birliyinin möhkəmlənməsinə xidmət edəcək. O, həmçinin GAK-ın nəzdində Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurasının yaradılacağını diqqətə çatdırıb.
Qərbi Azərbaycandan olan Vahirə Astanova Gürcüstanda Qərbi Azərbaycanlılar Birliyinin yaradılması təklifi irəli sürüb. Təklif razılıqla qarşılanıb.
Sonra Qərbi Azərbaycandan olan soydaşımız Fərhad Musayev, AzTV-nin Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu, hüquqşünas Mübariz Qarayev və başqaları çıxış edərək, layihə barədə fikirlərini bölüşüblər.
Tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, tələbələr, həmçinin Azərbaycan Vikipediyaçıları İstifadəçi Qrupundan Elçin Əliyev iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi