Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub
Tbilisi, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində dekabrın 30-da Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, quruma daxil olan şirkətlərin rəhbərləri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin üzvləri, “Alyans” Gənclər Mərkəzinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Marneulidəki Azərbaycanlıların İnteqrasiya Mərkəzinin, “Çay Evi”nin rəhbərliyi müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi