Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏBABƏT YENİLİKLƏRİ

DEHLİ . Insanlarin əksəriyyəti, o cümlədən bir çox diyetoloqlar tam əmindirlər ki, ərzağı çiy-çiy yemək bişmiş halda yeməkdən qat-qat faydalıdır. “Steytsmen” qəzeti yazır ki, bu fikri təkzib etmək olar.

Bişmiş yemək sağlamlıq üçün nəinki təhlükəsizdir, həm də onun tərkibində insan üçün zəruri olan külli miqdarda qidalı maddələr vardır. Yemək hazırlanarkən ərzaq məhsullarının tərkibindəki B və C vitaminləri, eləcə də minerallar azalsa da, bişirərkən qazanın ağzını açıq saxlamamaqla, suyu az tökməklə və sonradan onu boşaltmamaqla bu itkini xeyli azaltmaq mümkündür.

Bişmiş qidanın üstünlüyü onu çiy-çiy yeməkdən qat-qat çoxdur. Bişmiş ətin tərkibində B vitamini az olur, lakin alaçiy bişmiş ət insanın sağlamlığına ziyan vura, hətta ölümlə nəticələnə bilən xəstəliklərə səbəb ola bilər. Həm də, insan B vitaminini digər ərzaq məhsullarından və vitaminli preparatlardan da ala bilər.

Bişmiş yemək orqanizmin zülalları və karbohidratları asanlıqla mənimsəməsinə imkan verir.

Tərkibində proteinin miqdarı çox olan məhsullara, məsələn, ətə və paxlalı bitkilərə gəldikdə isə, onları, sadəcə olaraq, bişirmək, yaxud qızartmaq lazımdır. Mədə bu məhsulları çiy halda həzm edə bilmir.

Bişmiş yemək orqanizm üçün təhlükəsizdir, çünki yüksək temperaturda bişirilərkən təhlükəli bakteriyalar məhv olur. İsti tropik iqlim şəraiti olan ölkələr üçün bu, xüsusilə vacibdir.

X X X

PEKİN. Şəhər doğum evlərinin birində çinli qadının 5 uşağı olmuşdur.

Əvvəlcə qız, sonra onun iki qardaşı, bir neçə dəqiqədən sonra isə daha iki qız dünyaya gəlmişdir. Körpələrin hər birinin çəkisi 1 kq 420 qram ilə 1kq 820 qram arasındadır.

Ailə o qədər də imkanlı deyildir. Buna görə də Van Tsuyinin 5 uşaq doğacağı məlum olduqda ər-arvad qorxuya düşmüşdülər: onların bu qədər uşağı saxlamaq imkanı yoxdur.

Lakin bir müddətdən sonra məlum olmuşdur ki, narahatlığa əsas yoxdur. Süd məhsulları istehsal edən “Jli” sənaye qrupu körpələrin bütün qayğısını öz üzərinə götürmək qərarına gəlmişdir. Qrup doğumla bağlı bütün xərclərini ödəmiş, habelə 7 yaşına çatanadək uşaqlara pulsuz süd məhsulları verməyi və məktəbdə oxuyarkən 20 min yuan \2,4 min dollar\ ödəməyi öhdəsinə götürmüşdür.

X X X

SİDNEY. Adelaidadakı qadınlar və uşaqlar üçün hospitalın əməkdaşları bildirmişlər ki, Avstraliya tədqiqatçıları əqli geriliyə və epilepsiyaya səbəb olması güman edilən geni aşkara çıxarmışlar.

Tədqiqatçılar qrupunun rəhbəri doktor Cozef Heksin dediyinə görə, onlar dünyada ilk dəfə olaraq, hər iki xəstəliyi törədən geni tapmışlar. Alimlər bu kəşfi uşaq epilepsiyasının səbəbini aydınlaşdırmağa çalışan beynəlxalq tədqiqatçılar komandası ilə birlikdə işləyərkən etmişlər.

Doktor Heks bunu çox vacib kəşf adlandıraraq vurğulamışdır ki, hər iki xəstəliyin müalicəsi üçün dərmanlar hazırlamaqdan ötrü hələ çox işləmək lazımdır. O demişdir :”Biz bu xəstəliklərlə doğulmuş uşaqlara, təəssüf ki, hələ kömək edə bilmirik. Əminik ki, gələcəkdə onları bu kəşf əsasında müalicə etmək mümkün olacaqdır. Lakin hələlik biz bunu vəd edə bilmirik”.

X X X

LONDON. “İmperial kollec”in və Londondakı Hammersmit xəstəxanasının alimləri bildirmişlər ki, Britaniya tədqiqatçıları iştahanı stimullaşdıran insan hormonunu aşkar etmişlər.

Mütəxəssislərin bildirdiyinə görə, bu kəşf çox arıq, habelə həddindən artıq kök adamların müalicəsi üçün yeni metod hazırlanmasına yol açır. Kəşfin müəlliflərinin izahına görə, eksperimentlər göstərmişdir ki, qrelin hormonu qida qəbulunun tənzimlənməsində mühüm rol oynayır.

Bu hormonun səviyyəsi səhər yeməyindən əvvəl yüksək olur, sonra isə aşağı düşür ki, bu da hər dəfə qida qəbulundan sonra özünü xüsusilə büruzə verir. Qrelin hormonu vurulmuş könüllülər həmişəkindən üç dəfə çox yemişlər. İTAR-TASS xəbər verir ki, alimlər onkoloji xəstəliklərə tutulanların iştahasını açmaq üçün istifadəni kəşfin əməli surətdə tətbiqinin ilk mümkün sahəsi hesab edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO