Təcridxanaya narkotik maddənin keçirilməsinin qarşısı alınıb
Bakı, 13 aprel, AZƏRTAC
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilən Ağayev Rüstəm Təyyarxan oğluna tanışı Gürcüstan vətəndaşı İsmayılov Sahib Bəşir oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan başmağın daban hissəsində xüsusi üsulla gizlədilmiş 5 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,281 qram olan narkotik maddə - heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.