Təhsil işçiləri arasında keçirilən müsabiqə-konfransın II mərhələsi başlayıb
Bakı, 28 fevral, AZƏRTAC
Ümumtəhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda keçirilən müsabiqə-konfransın II mərhələsi başlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, müsabiqə-konfransa təhsil müəssisələrində keçirilmiş I mərhələdə seçilmiş ən yaxşı tədqiqat işləri təqdim olunur. Müsabiqənin II mərhələsində ən yaxşı tədqiqat işləri münsiflər heyəti tərəfindən seçiləcək.
Konfrans şəklində keçiriləcək üçüncü mərhələdə isə ikinci mərhələdə qalib gəlmiş ən yaxşı tədqiqat işləri dinləniləcək və qaliblər müəyyənləşdiriləcək.
Sonda BŞTİ tərəfindən müsabiqədə qalib gəlmiş 6 iştirakçıya diplom və hədiyyələr, şəhər mərhələsinin iştirakçılarına isə sertifikatlar təqdim olunacaq.
Müsabiqə-konfransın əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]