TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə nazir Azərbaycan ilə Türkiyə arasındakı təhsil əlaqələrindən danışmış və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirmişdir.
Nazir, eyni zamanda, ortaq tədris proqramları və bu proqramlara uyğun dərsliklər, xüsusilə ədəbiyyat, tarix, coğrafiya dərslikləri hazırlamağı, həm Türkiyədə, həm də Azərbaycanda təhsillə bağlı birgə pilot layihələr həyata keçirməyi təklif etmişdir.
Türkiyə milli təhsil nazirinin birinci müavini Necat Birinci xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin “ Biz bir millət, iki dövlətik” sözlərini xatırladaraq, ölkələrimizin tarixi əlaqələrindən danışmışdır.
Nazirin təhsillə bağlı təkliflərini dəstəklədiyini bildirən qonaq ölkələrimiz arasında təhsil əlaqələrinin inkişaf edəcəyinə əmin olduğunu söyləmişdir.
Görüşdə təhsil sənədlərinin qarşılıqlı tanınması, ortaq dərsliklərin hazırlanması və digər məsələlər müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]