“Təhsil” Respublika İdman Mərkəzinin boksçuları Avropa birinciliyində uğurla çıxış ediblər
Bakı, 25 avqust, AZƏRTAC
Türkiyənin Ərzurum şəhərində boks üzrə məktəbli oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) yetirmələri uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandasının tərkibində yarışa qatılan “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Sübhan Babayev (44 kq) qızıl, Kənan Aslanlı (60 kq) bürünc, 7 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Əli Məmişov (70 kq) gümüş, həmin məktəbin idmançısı Bağır Əlimxanlı (46 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisi Avropa birinciliyində ümumilikdə beş medal qazanıb ki, onlardan da 4-ü uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları tərəfindən əldə olunub.