Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqəsi keçirilir
Bakı, 14 iyul, AZƏRTAC
Təhsil Nazirliyi 2021-ci il üçün “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsi elan edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak üçün müraciət sənədləri elektron formada [email protected] elektron poçt ünvanına göndərilməlidir. Layihələr iyulun 27-si saat 21:00-dək qəbul olunur.
Müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir. Müsabiqə barədə ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]
UNEC beynəlxalq reytinqdə uğur qazanıb
- 16.10.2026 [11:20]
AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub
- 16.10.2026 [10:27]
Gənc arxeoloqlara Ankara Universitetindən yüksək etimad
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]