Tələbə Şəhriyar Cəfərli: Cənab Prezident, Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız
Bakı, 21 aprel, AZƏRTAC
Masallı rayonunun Hüseynhacılı kəndindən olan tələbə Şəhriyar Cəfərli vətəndaşlarımıza, o cümlədən tələbələrə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, o, dövlətimizin başçısına minnətdarlığını aşağıdakı fikirlərlə ifadə edib: “Hörmətli cənab Prezident, bu məktubu yazmaqda məqsədim Azərbaycanın bir gənc vətəndaşı olaraq Sizə minnətdarlıq etməkdir. Dünyanın üzləşdiyi bu çətin vəziyyətdə bizə öz qayğınızı əsirgəmirsiniz. Bu çətin günlərdə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlarına göstərirsiniz. Bunun üçün atam həmişə bizə “Azərbaycanlı olduğunuz üçün özünüzlə fəxr edin” deyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz. Sizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:04]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [20:22]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]
DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk
- 12.10.2026 [17:50]