Tələbələr arasında Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
“Azfar” MMC-nin stadionunda Nəsimi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən idman klubunun birgə təşkilatçılığı ilə tələbələr arasında Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş minifutbol turniri keçirilib.
Nəsimi rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, turnirin keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, Aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.
Turnirin nəticələrinə görə, “The tigers” komandası birinci olub. “Fury” komandası yarışı ikinci, “Newcastle” isə üçüncü pillədə başa vurub.
Mükafatçılar kubok, diplom və medallarla təltif olunublar.