Tələbələr üçün “MathCamp 2024” yaz düşərgəsi təşkil olunacaq

Bakı, 12 mart, AZƏRTAC
Martın 21–25-də “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda “MathCamp 2024” tələbələr üçün yaz düşərgəsinin IV mövsümü keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, düşərgədə ali məktəblərin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr və son 2 il ərzində məzun olmuş şəxslər iştirak edə bilərlər.
Düşərgədə iştirak üçün martın 15-dək link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Düşərgə ərzində təcrübəli müəllim, ekspertlər tərəfindən inteqrativ təlim, alqoritmik yanaşma, məsələ həlli, eləcə də ali riyaziyyat elementlərinin öyrənilməsi ilə bağlı xüsusi dərslər, təlim və seminarlar təşkil ediləcək.
Qeyd edək ki, düşərgənin təşkilində məqsəd tələbələrin riyazi, məntiqi təfəkkürünü, elmi dünyagörüşünü, həmçinin təsvir və ixtiraçılıq bacarığını inkişaf etdirmək, riyaziyyat üzrə nəzəri, praktik biliklərini gücləndirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [21:33]
DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
- 16.05.2025 [21:02]
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
- 16.05.2025 [19:15]
bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib
- 16.05.2025 [18:28]
Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər
- 16.05.2025 [17:53]