Tereza Mey yeni Brexit müqaviləsini parlamentə təqdim edib
London, 28 fevral, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Tereza Mey rəhbəri olduğu Mühafizəkarlar Partiyasının daxilində baş verə biləcək kütləvi istefa təhlükəsinin qarşısını almaq üçün yeni Brexit müqaviləsini parlamentə təqdim edib.
Baş nazir çıxışı zamanı Brexit üçün imzalanan son müqaviləni martın 12-də deputatların səsverməsinə çıxaracağını bildirib.
Əgər parlament müqaviləni təsdiqləməsə, sənəd martın 13-də ölkənin Avropa İttifaqını razılaşmasız tərk etməsi üçün deputatların səsverməsinə təqdim olunacaq.
Qeyd edək ki, 2016-cı ildə keçirilən səsverməyə əsasən bu il mart ayının 29-da Böyük Britaniya Avropa İttifaqını tərk etməlidir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]