TERRORİSTLƏRƏ QARŞI ƏMƏLİYYAT UĞURLA BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin Diyarbəkir vilayətinin Mardinqapı bölgəsində bir neçə terrorist polis məntəqəsinə atəş açmışdır. Hadisə nəticəsində bir polis həlak olmuşdur. Bu hadisədən sonra Diyarbəkir polisi 9 gün boyunca geniş əməliyyat-axtarış tədbirləri keçirmişdir.
Diyarbəkir polisinin rəisi Orhan Okur əməliyyatın uğurla başa çatdığını bildirmişdir. Polis qüvvələri axtarışlar zamanı terroristlərin silah anbarını aşkar etmişlər. Silahların arasında avtomatlar, tapancalar, 7 ədəd raket qurğusu və çoxlu sayda qumbara olmuşdur. Polislə terroristlər arasında baş verən toqquşmada 2 terrorist həlak olmuş, 5 nəfər yaxalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]