TERRORİZMƏ ETİRAZ OLARAQ AVTOYÜRÜŞ KEÇİRİLƏCƏKDİR
Tədbirdə Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən QHT-nin, ictimai birlik və cəmiyyətlərin nümayəndələri iştirak etmişlər.
Çıxış edənlər işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən terror aktlarından danışmış, dünyada baş verən terror hadisələrini pisləmişlər.
Təklif olunmuşdur ki, azərbaycanlıların terrorizmə qarşı etirazlarını beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırmaq üçün Bakı-Brüssel marşrutu ilə avtoyürüş təşkil olunsun.
Təklifi reallaşdırmaq məqsədi ilə təşkilat komitəsi yaradılmışdır.