“TERRORİZMƏ YOX” SİYASİ KARİKATURA VƏ PLAKATLAR KİTABININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkil etdiyi tədbiri Atatürk Mərkəzinin direktoru, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, AMEA-nın müxbir üzvü professor Nizami Cəfərov açaraq, müəllifin yaradıcılığından, ixtira və kəşflərindən, Azərbaycan elminin inkişafındakı xidmətlərindən və ərsəyə gətirdiyi kitab-albomun məqsədindən bəhs etmişdir.
Çıxış edən digər natiqlər erməni terrorizminin, separatizminin məkrli niyyətlərindən acı nəticələrindən danışmış, kitabın terrorizmə qarşı mübarizədə mühüm rol oynayacağını vurğulamışlar. Alimin, terrorizmə qarşı mübarizəyə dair yeni üsulları - siyasi karikatura və plakatları, şəkilaltı yazıları dünya ictimaiyyətini düşünməyə vadar edə biləcək əyani vəsait kimi qiymətləndirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, alimlər, elm və mədəniyyət xadimləri iştirak etmişlər.