Tərtərdə “Açıq mikrofon” aksiyası keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin (İB) bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Tərtər rayonunda davam edib.
İB-dən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 11 müraciət ünvanlanıb. Aksiya iştirakçılarından 1 nəfər qaz sayğacının yerinin dəyişdirilməsini istəyib. Digər müraciətlərə gəlincə, bunlar fərdi yaşayış evinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.
Görüşdə səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər Rayon Qaz İstismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd edilib.