REGİONLAR
Tərtərdə oğurluq əməlləri törədən şəxslər saxlanılıb
Bakı, 6 mart, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq əməlləri törətmiş şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə fevral və mart aylarında Tərtər rayonu ərazisində avtomobillərdən oğurluq edilməsi barədə RPŞ-yə məlumatlar daxil olub.
Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Ruslan Bayramlı saxlanılıb. Araşdırmalarla onun avtomobillərdən oğurluq edərək vətəndaşlara 300 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Bundan əlavə, keçirilmiş digər əməliyyat tədbirləri ilə daha bir oğurluq əməli törətməkdə şübhəli bilinən şəxs də saxlanılıb. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə axtarışda olan Tərtər rayon sakini İsmayıl Məmmədli tutularaq aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]
Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO
- 30.04.2024 [16:28]
Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib
- 30.04.2024 [15:52]
Lənkəranda baş verən qəzada piyada ölüb
- 30.04.2024 [14:58]