REGİONLAR
TƏRTƏRDƏ YENİ İSTEHSAL SAHƏLƏRİ YARADILIR
Tərtər rayonunun Xoruzlu kəndində günəbaxan yağı emal edən sex istifadəyə verilmişdir. Hazırda sexdə 10 nəfər işçi çalışır.
Rayon icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Tərtərdə kiçik və orta sahibkarlığın inkişafı yeni istehsal sahələrinin yaradılmasına təkan vermişdir. Tərtər şəhərində mebel, qum-çınqıl sexləri, bir neçə kənddə un dəyirmanı və digər istehsal sahələri yaradılmışdır. Bunun nəticəsində 243 nəfər işlə təmin olunmuşdur.