Tərtərlilər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər
Tərtər, 20 yanvar (AZƏRTAC). Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 24-cü ildönümü Tərtər rayonunda xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də rayon rəhbərliyi, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, ağsaqqallar və gənclər Tərtər şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksin önünə tər çiçəklər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Şəhidlərin ruhuna dualar oxunmuş, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Gənclər Mərkəzində davam edən tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə danışmış, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etmişlər. Çıxışlarda 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyinə əminlik ifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]