TƏTİL TƏHDİDİ TOQO YIĞMASINA BAHA BAŞA GƏLDİ
Bu Afrika ölkəsinin yığma komandasında qalmaqal ondan başlamışdır ki, futbolçular çempionatda iştiraka görə və ayrılıqda hər oyun üçün pul mükafatını xeyli artırmağı tələb etmişlər. Toqo Futbol Federasiyası bu tələbi yerinə yetirməkdən imtina etmiş, komandanın almaniyalı məşqçisi Otto Pfister isə istefa verdiyini bildirmişdir.
Futbolçular, öz növbəsində, İsveçrə ilə oyuna çıxmamaqla hədələmişlər. Odur ki, FİFA nümayəndələri münaqişəyə qarışmalı olmuşlar.
Nəhayət, oyunçular meydana çıxmağa razılaşmışlar, Pfister isə vəzifəsinə qaytarılmışdır və komanda ilə indiyədək işləyir.
Xatırladaq ki, dünya çempionatlarının final mərhələsinə ilk dəfə vəsiqə qazanan Toqo komandası bütün üç görüşü (Cənubi Koreya, İsveçrə və Fransa) uduzmuş və bu oyunlarda cəmi bir top vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]