“The FTX Crypto Cup”: Teymur Rəcəbov dörddəbir finalda Aniş Giri ilə qarşılaşacaq
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin dörddəbir final oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu mərhələdə niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Dörddəbir final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) Uesli So (ABŞ) ilə görüşəcəklər.
Qeyd edək ki, T.Rəcəbov təsnifat mərhələsində 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb. Ş.Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutaraq turnirdə mübarizəni dayandırıb.
“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı mübarizə aparıb.
“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]