“Tokio-2020” Olimpiadasına azarkeşlərin qəbulu barədə qərar yaxın iki ay ərzində veriləcək
Bakı, 18 yanvar, AZƏRTAC
Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına azarkeşlərin qəbulu barədə qərar yaxın iki ay ərzində veriləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri “Tokio-2020” Təşkilat Komitəsinin prezidenti Yoşiro Mori deyib. O, dünyada yeni koronavirus infeksiyasının yayılmasının çox narahatlıq doğurduğunu, eyni zamanda, Yaponiyanın paytaxtında ilin əvvəlində virusa yoluxanların sayının artmasına görə, fövqəladə vəziyyət elan edildiyini vurğulayıb.
Qeyd edilib ki, yalnız epidemioloji vəziyyət yaxşılaşdıqdan sonra Olimpiya Oyunlarının hansı formatda keçiriləcəyi açıqlanacaq. Y.Mori fevral və mart ayları arasında çox çətin bir qərar verməli olacaqlarını da istisna etməyib.
Təşkilat Komitəsi bu günədək Olimpiya Oyunlarına təxminən 4,48 milyon bilet satıb. Keçən ilin sonunda biletlərin geri qaytarılması üçün kampaniya başlayıb və 2020-ci ilin dekabrında təxminən 810 min Yaponiya sakini yarışa qatılmaq istəmədiyini bildirib.
Lakin Oyunların keçirildiyi ölkədəki pisləşən epidemioloji vəziyyətə görə, Beynəlxalq Olimpiya Komitəsi və Yaponiya rəhbərliyi yeni bir çıxış yolu tapmasa, “Tokio-2020” Təşkilat Komitəsinin planlarına düzəliş edilə bilər. Problemin qismən həll variantlarından biri idmançıların və nümayəndə heyətlərinin üzvlərinin məcburi azaldılması ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [23:26]
Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]