Tokio qubernatoru vəzifəsinə namizəd seçkilərdə qalib gələrsə, Olimpiadanı ləğv edəcəyini vəd edib
Tokio, 15 iyun, AZƏRTAC
Yaponiya paytaxtının qubernatoru seçkilərində öz namizədliyini irəli sürən “Reyva Şinsen Qumi” partiyasının lideri Taro Yamamoto seçkilərdə qalib gələcəyi təqdirdə, Olimpiadanı ləğv edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə siyasətçi iyunun 15-də keçirilən mətbuat konfransında bəyan edib. T.Yamamoto bildirib ki, onun seçki proqramının əsas bəndi gələn il keçirilməsi planlaşdırılan Tokio Olimpiadasının ləğvi olacaq.
“Reyva Şinsen Qumi” partiyasının sədri deyib: “Bütün dünyada koronavirusla əlaqədar yaranmış vəziyyəti nəzərə alsaq, görərik ki, Oyunların gələn il keçirilməsi mümkün deyil. Əgər mən seçkilərdə qalib gəlsəm, Olimpiadanın ləğvini tələb edəcəyəm”.
45 yaşlı sabiq aktyor, həmçinin qalib gələcəyi təqdirdə, koronavirus pandemiyasına dəstək məqsədilə hər bir paytaxt sakininə daha 100 min yen yardım göstəriləcəyini vəd edib.
Qeyd edək ki, Tokio qubernatorunun seçkiləri iyulun 5-də keçiriləcək. Hazırda bu vəzifəni tutan xanım Yuriko Koike ikinci müddətə öz namizədliyini irəli sürüb. Onun namizədliyi hakim Liberal Demokratik Partiya tərəfindən dəstəklənir.
Xatırladaq ki, ötən həftə Oyunların təşkilat komitəsi yarışların sadələşdirilmiş variantda keçirilməsini təklif edib. Yarışların üç əsas baza prinsipi əsasında təşkili təklif edilir - təhlükəsiz şəraitinin yaradılması, xərclərin minimuma endirilməsi və təhlükəsizliyin təmin olunması üçün yarışların sadələşdirilmiş formatda keçirilməsi.
Təşkilat komitəsinin rəyinə görə, gələn il keçiriləcək Olimpiada beynəlxalq həmrəyliyin və pandemiyadan sonra dirçəlişin rəmzinə çevrilməlidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]