Tomas Müller UEFA Çempionlar Liqasında rekorda imza atıb
Bakı, 15 avqust, Nicat Məmmədov, AZƏRTAC
Avqustun 14-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin mərkəzi qarşılaşmasında - “Bavariya” və “Barselona” klubları arasında keçirilən görüşdə bir neçə rekord qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu oyun Münxen təmsilçisinin futbolçusu Tomas Müller üçün əlamətdar olub. Belə ki, alman forvard oyunda dubl edərək UEFA Çempionlar Liqasının altı oyununda beş qol vuran üçüncü futbolçu olub. O, bu göstəriciyə görə “Milan”nın sabiq futbolçusu və Ukrayna millisinin hazırkı baş məşqçisi Andrey Şevçenkonu qabaqlayıb.
Həmçinin bu oyunda digər rekord “Bavariya”ya məxsusdur.
Münxen klubu UEFA Çempionlar Liqası tarixində pley-off matçında bir oyunda 8 qol vuran ilk komanda olub. Bu qalibiyyətlə “Bavariya” mövsümdəki qollarının sayını 39-a çatdırıb.
Qeyd edək ki, "Bavariya" növbəti mərhələdə "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə “PSJ” (Fransa) və "Leypsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşlər müvafiq olaraq avqustun 18 və 19-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]