TONİ BLEYERİN OĞLUNU OĞURLAMAQ İSTƏMİŞLƏR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, cinayətkarlar Böyük Britaniyanın Baş naziri Toni Bleyerin 5 yaşlı oğlunu oğurlamaq istəmişlər. Britaniyanın “San” qəzeti hüquq mühafizə orqanlarında adı çəkilməyən mənbəyə istinadla yazır ki, Toni Bleyerin oğlunu qısa müddətə oğurlamaq planının arxasında qalmaqallı “Atalar ədalət uğrunda” təşkilatının fəalları dururlar. Onlar bu hərəkətlə boşanmış ataların öz uşaqlarını görmək hüququ uğrunda apardıqları kampaniyaya diqqəti cəlb etmək istəmişlər.
Baş nazirin ofisində bu xəbəri şərh etməkdən qətiyyətlə boyun qaçırmışlar. “Atalar ədalət uğrunda” təşkilatının yaradıcısı Mett O”Konner isə təşkilatın ünvanına bütün ittihamları tamamilə rədd edərək bildirmişdir ki, qalmaqallı aksiyalara çağırdıqları üçün ötən il qurumun tərkibindən təxminən 30 adam çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]