Toni Kross cari mövsümün sonunda “Real Madrid”dən ayrılacaq
Bakı, 12 aprel, AZƏRTAC
İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Toni Kross cari mövsümün sonunda komandadan ayrılacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 29 yaşlı almaniyalı yarımmüdafiəçi yay transfer pəncərəsində yeni komandaya keçməyi planlaşdırır. Kross cari mövsümdə Madrid klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib. O, Almaniya klublarından birinə keçmək istədiyini bildirib.
Futbolçu 2014-cü ilin yayından “Real Madrid”in formasını geyinir. Yarımmüdafiəçi Madrid klubunun heyətində keçirdiyi 228 oyunda 13 dəfə fərqlənib və 59 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]