Topaz Premyer-Liqası: “Qarabağ” çempionluğun bir addımlığında...
Bakı, 15 aprel, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının XXIII turu çərçivəsində aprelin 15-də keçiriləcək "Qəbələ" - "Səbail" qarşılaşmasının nəticəsindən asılı olaraq, “Qarabağ” klubunun çempionluğu rəsmiləşə bilər.
AZƏRTAC xəbər verir ki, bu tur çərçivəsində keçirilən səfər oyununda “Kəpəz” komandasına qalib gələn Ağdam təmsilçiləri çempionluğun bir addımlığındadır. Əgər Qəbələ futbolçuları "Səbail" klubu ilə qarşılaşmada 3 xal əldə edə bilməsələr, “Qarabağ” vaxtından əvvəl Azərbaycan çempionu tituluna sahib olacaq.
Xatırladaq ki, “Kəpəz” üzərində qələbədən sonra “Qarabağ” xallarının sayını 56-ya çatdırıb. Onun ən yaxın izləyicisi olan "Qəbələ" komandasının hesabında isə 41 xal var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]