Topaz Premyer Liqasının XXV turunun rəmzi komandası müəyyənləşib
Bakı, 23 aprel, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının XXV turunun rəmzi komandasında yer alan futbolçular müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında “11-liy”ə “Qarabağ”dan 9, “Səbail” və “Neftçi”nin hər birindən 1 futbolçu daxil edilib.
Rəmzi komandada Səlahət Ağayev (“Neftçi”), Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Abbas Hüseynov, Abdullah Zubir, Riçard Almeyda, Miçel Markos Madera, Dani Kintana (hamısı “Qarabağ”), Oke Akpoveta (“Səbail”) və Mahir Mədətov (“Qarabağ”) yer alıblar.
Qeyd edək ki, 25 turdan sonra turnir cədvəlinə aktivində 57 xal olan “Qarabağ” başçılıq edir. “Neftçi” 55 xalla ikinci, “Səbail” 38 xalla üçüncü, 36 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (26), “Zirə” (25), “Sumqayıt” (20) və “Keşlə” (19) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [23:30]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:28]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:26]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]