Azərbaycan Dövlət İnformasiya Agentliyi

Total ədalətsizliyə savaş açan və qalib gələn Sərkərdə - Prezident İlham Əliyev

Total ədalətsizliyə savaş açan və qalib gələn Sərkərdə - Prezident İlham Əliyev

Bakı, 22 oktyabr, AZƏRTAC

Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu Tomas Karleyl yazı: “Bəşəriyyətin tarixini dahilərin tərcümeyi-halı təşkil edir”. Dahi şəxsiyyətlərin bəşəriyyətin tarixindəki yeri və rolu haqqındakı fikirlər onların tərcümeyi-halı qədər müxtəlifdir. Lakin əksər fəlsəfi cərəyanların ilk carçıları və parlaq nümayəndələri şəxsiyyətlərin tarixi proseslərin inkişafındakı rolunun danılmaz olduğunu bildirirlər. Bu yazıya “Dünən və bu gün”, “Qəhrəmanlar, qəhrəmana pərəstiş və tarixdə qəhrəmanlıq”, “Tarixi və tənqidi təcrübələr” kimi seçilmiş insanların tarixdəki rolundan bəhs edən əsərlərin müəllifi, şotland əsilli Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu Tomas Karleylin sözləri ilə başlamağım təsadüfi deyil. Karleylin şəxsiyyətlərin tarixdəki roluna münasibəti müasirlərindən, xüsusilə də şəxsiyyətlərin tarixdəki rolunu subyektiv ədəbi baxış bucağından təqdim etməyə çalışan müasiri Lev Tolstoydan və tənqidçisi Bertran Rasseldən daha aydın, daha əsaslandırılmış və faktolojidir.

Yenidən Tomas Karleylin hədəf, məqsəd və iradə haqqında daha əvvəl iqtibas gətirdiyim fikirlərinə qayıtmaq və şəxsiyyətin tarixi proseslərdəki rolunu, onun öz içində, düşüncəsində cücərdiyi, inkişaf etdirdiyi və həyata keçirdiyi idealla bağlı konkret nümunəyə müraciət etmək istəyirəm. Qeyd edim ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələrindən birində yer alan bu nümunəyə daha əvvəlki yazılarımdan birində də diqqət çəkmişəm. İndiki halda, tarixi Zəfərimizin və uğurlarımızın memarının sözügedən müsahibəsində yer alan önəmli məqamları yenidən gün işığına çıxarmaqda məqsədim şəxsiyyətin, liderin öz idealına doğru necə inamla, qətiyyətlə addımladığını və xalqın arzusundan boy atan bu idealı milyonların hədəfinə çevirmək məharətini bir daha vurğulamaqdan ibarətdir.

Bu fikirlər siyasi ekspert Elçin Mirzəbəylinin “O, bütün azərbaycanlıların qəhrəmanı və Lideridir” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir: “Tomas Karleyl ideya və məqsəd, həmçinin onların həyata keçirilməsi ilə bağlı mülahizə yürüdəndə də haqlıdır. Çünki o, şəxsiyyətlərin tarixdəki roluna, fransız filosofu Raymon Arondan fərqli olaraq, “təsadüflər” prizmasından yanaşmır. Yaxud Hegel kimi “tarixi reallıqları şəxsiyyətlərin yaratmadığını, onların yalnız proseslərin gedişatına təsir göstərə bildiklərini” iddia etmir və mistik “bəşəri ruh” anlayışına üz tutmur. Karleyl insan amilini və onun yüksək ideallara sahiblənərək, bütün maneələri dəf edərək hədəfinə doğru irəliləmək potensialını önə çəkir. T.Karleyl yazır: “İdeal (hədəf, məqsəd) sizin özünüzdədir! Bu hədəfə çatmağa mane olan sədlər də sizin öz içinizdədir. İdeya və məqsədlərinizi həyata keçirmək üçün yeganə amil isə mövqeyiniz və iradənizdir”. Qənaətimə görə, Tomas Karleyl tamamilə haqlıdır. Çünki cəmiyyətdə qəhrəmanlıq, fədakarlıq amilləri zəiflədikcə, liderlik keyfiyyətləri aşılandıqca, kütlənin gizli dağıdıcı qüvvəsi önə çıxır və bu dağıdıcı qüvvə, toplum öz gerçək qəhrəmanını yenidən kəşf edib önə çıxaranadək qarşısına çıxan hər şeyi, o cümlədən yüksək dəyərləri, yaradıcı potensialı darmadağın edir. Biz gerçək qəhrəmanların və liderlərin tarixi proseslərdəki rolunun arxa plana keçdiyi zaman kəsiyində - 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində kütləvi şüurun və anti-qəhrəmanların ağır fəsadlara yol açan dağıdıcı “gücü”nün şahidi olmuşuq və nə yaxşı ki, bu proses uzunmüddətli olmayıb.

Beləliklə, Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də “Hakimiyyətin formulu” müəllif proqramına müsahibəsində həmyerlimiz Mixail Qusmanın ona ünvanlandığı “Təsəvvür edin, siz “zaman maşını”nda keçmişə qayıtmağı bacarmısınız. Həyatınızdakı hansı hadisələrə qayıtmaq və onları yenidən hiss etmək istərdiniz” sualına belə cavab verir: “...Əgər belə bir imkanım olsaydı, gələcəyə gedərdim. Deyək ki, 10 il irəliyə. Baxmaq istəyərdim, görüm düşündüklərim, nəzərdə tutduqlarım alınıb ya yox və hansı dərəcədə alınıb”.

Qənaətimə görə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi ilə bağlı 2020-ci il sentyabrın 27-dən başlayaraq günümüzə qədər davam edən, bizə silah tuşlayanların rüsvayçı məğlubiyyəti, ağ bayraq qaldıraraq təslim olmaları, müharibə canilərinin əli qandallı Bakıya gətirilməsi ilə nəticələnən, çoxlarına möcüzə təsiri bağışlayan qürurverici hadisələrə Prezident İlham Əliyevin məhz bu müsahibədəki fikirlərindən yol almaq lazımdır. Bu gün Ali Baş Komandanın 22 il əvvəl haqqında açıq danışmadığı, sadəcə, işarə etdiyi müqəddəs ali məqsədin, ana xəttin, ata yolun necə addım-addım, həm də mükəmməl bir şəkildə qət olunduğuna şahidlik edirik. Bu, xalqın arzularının onun qəhrəmanının - Liderinin düşüncəsində necə boy atdığının, müqəddəs ideala çevrildiyinin, mürəkkəb, əvvəlcədən təxmin edilməsi mümkün olmayan kombinasiyalarla zərgər dəqiqliyi ilə gerçəkləşdirildiyinin bariz nümunəsidir. Bu, öz xalqını, Vətənini, dövlətini canından artıq sevən, həyatının mənasını xalqının qürurunun yüksəldilməsində, yurdunun, elinin bütövləşməsində görən Şəxsiyyətin, Liderin, Qəhrəmanın timsalında bir insanın tarixin gedişatını dəyişə biləcək zəka və xarakterə sahib ola bilmək potensialının tarixin qaranlıq səhifələrinə boylanmadan, keçmişə ayna tutmadan, fəlsəfi mülahizələr içərisində itib-batmadan gözümüzün önündə sərgilənən sübutdur.

Şəxsiyyətlərin tarixdəki rolu ilə bağlı keçmişə ayna tutmaq istəməsəm də, bizi bu günümüzə gətirən dünyagörüşünün, dərin strateji zəkanın ötən illərin foto və video görüntülərindən boylanan cizgilərinə nəzər salmağı vacib hesab edirəm.

1990-cı ilin 20 yanvar qırğınından sonra Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransından çəkilən foto və videogörüntülərə nəzər salıram. İlham Əliyev hüznlü və qayğılıdır. İçindəki etirazı gözlərində kök salan fikir yükü ilə, üz cizgilərində tarima çəkilən hüznlə pərdələdiyi açıq-aşkar görünür. O gündən başlayaraq bizi Zəfərimizin mükəmməl bir şəkildə tamamlandığı günə qədər olan bütün fotoşəkilləri təbii ki, hərəkətlilik və konkret situasiyaya uyğun reaksiya tələb edən məqamlar istisna olmaqla, göz önündən keçirirəm. Qəhrəmanımız bütün fotoşəkillərdə, gözlərini, həmin zaman kəsiyində sezə, mahiyyətini anlaya bilmədiyimiz məchul bir nöqtəyə dikərək düşünür... Yalnız özünün görə bildiyi uzaqlarda böyük Zəfərimizə və bütövlüyümüzə aparan yolun cizgilərini çəkir.

Prezident İlham Əliyev qəhrəmanlığın və liderliyin bütün çalarları ilə tarixin və yaşadığımız zamanın amansız gedişatını bizə qarşı olan misli görünməmiş haqsızlıq və ədalətsizliyə sinə gərməklə kökündən dəyişməyi bacaran, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi şəxsiyyətlərin ən mükəmməl cizgilərini xarakterində daşıyan İNSAN obrazıdır.

O, xalqının ağır günündə, bütün maneələrə baxmayaraq, onunla birlikdə olan, hüznünü, ağrı-acısını bölüşən sadə azərbaycanlıdır.

O, şəhid anasının gözlərindəki dərdi ürəyinə köçürən, Vətən yolunda canını fəda edən qəhrəmanların doğmalarının acısını öz ağrısı kimi yaşayan, şəhid məzarları önündə acısını köksünə sıxan qardaşdır...

O, Azərbaycan xalqının arzularını ifadə edən ata vəsiyyətini yerinə yetirdiyi üçün qürurunu, sevincini, öz yurduna geri dönənlərin sözlə ifadə edilməsi mümkün olmayan duyğularını gözünə sıxıb kövrələn övladdır, atadır!

O, 20 il ərzində öz xalqını zamanın dolanbaclarından keçirərək, məğlubiyyət sindromunu qətiyyəti və inamı ilə yenən, dünyanın haqsız düzənində meydan sulayan şərin himayəsinə sığınan qaranlığı zəkasının işığı ilə qovan, total ədalətsizliyə savaş açan və qalib gələn sərkərdədir.

Bir sözlə, Prezident İlham Əliyev bütün azərbaycanlıların qəhrəmanı və lideridir!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə