Tovuzda 70 yaşlı qadını avtomobil vurub VİDEO
Tovuz, 18 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Tovuz şəhər Elməddin Nəsibov küçəsində qeydə alınıb. Belə ki, "Volkswagen" markalı avtomobil rayon sakini 1955-ci il təvəllüdlü Ziba Ağayevanı vurub. Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, Z. Ağayevanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.