Tovuzda avtomobil qəzası baş verib: ölən və yaralananlar var VİDEO
Tovuz, 12 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, rayonun Alakol kəndində “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.