Tovuzda yük avtomobilləri toqquşub
Tovuz, 14 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR ilə “Kamaz” markalı yük avtomobilləri toqquşub. Qəza zamanı 51 yaşlı M.İsmayılov və həmyaşıdı İ.Mirəliyev xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Qeyd edək ki zərbənin təsirindən yük avtomobillərinin biri idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:31]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [16:00]
Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO
- 03.10.2026 [15:45]
Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO
- 03.10.2026 [14:11]
III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib
- 03.10.2026 [10:01]
Qubada ilk qar VİDEO
- 03.10.2026 [09:37]
Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO
- 02.10.2026 [21:40]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:06]