Tramp Kiyevlə sövdələşməni 350 milyard dollar həcmində qiymətləndirib
Bakı, 1 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə faydalı qazıntılar haqqında sazişdən əvvəlki administrasiyanın Kiyevi dəstəkləmək üçün xərclədiyi 350 milyard dollardan daha çox vəsait götürəcəyinə ümid edir.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə “NewsNation” telekanalında faydalı qazıntıların çıxarılmasına dair Kiyevlə imzalanmış sazişi şərh edərkən deyib.
ABŞ lideri nadir metalların Ukrayna üçün “böyük sərvət” olduğunu bildirib. Onun sözlərinə görə, 350 milyard dollar Kiyev hakimiyyətinə maliyyə tranşları şəklində və Cozef Bayden tərəfindən silah tədarükü yolu ilə verilib.
Bir müddət öncə, Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ-la mineral ehtiyatlar üzrə sazişin imzalandığını təsdiqləyib. Sənədə əsasən, Ukrayna yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün lisenziyalardan əldə edilən gəlirin 50 faizini fonda ötürəcək. ABŞ və Ukrayna fondun idarə edilməsində bərabər səsə malik olacaqlar. Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur.
“Bloomberg” agentliyi isə mənbələrinə istinadla yazıb ki, saziş ABŞ-a Ukraynadakı təbii ehtiyatlarla bağlı layihələrə imtiyazlı çıxış imkanı verəcək. Buraya, həmçinin neft, qaz, qrafit və alüminium hasilatı daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [11:44]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]