İDMAN
Trek velosipedi üzrə Avropa çempionatında Azərbaycanı iki idmançı təmsil edəcək
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 14-19-da Portuqaliyanın Anadia şəhərində trek velosipedi üzrə Avropa çempionatı keçiriləcək.
AZƏRTAC Azərbaycan Velosiped Federasiyasına istinadla xəbər verir ki, gənclər və U-23 yaş kateqoriyasında mübarizə aparan idmançılar arasında təşkil ediləcək yarışda Azərbaycan da təmsil olunacaq.
Yarışda gənc oğlanlardan ibarət milli komandamızın üzvü Kamran Mirzəxanov və U-23 yaş kateqoriyasında qadınlardan ibarət yığmamızın velosipedçisi Ayan Xankişiyeva iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]