Triatlonçumuz Rostislav Pevtsov dünya kuboku yarışlarında gücünü sınayıb
Bakı, 29 avqust, AZƏRTAC
Triatlon üzrə Azərbaycan yığmasının üzvü Rostislav Pevtsov Norveçin Bergen şəhərində keçirilən dünya kuboku yarışlarında 17-ci olub.
AZƏRTAC Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, idmançımız 65 idmançının mübarizə apardığı yarışı 57 dəqiqə 5 saniyəlik nəticə ilə başa vurub.
R.Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 51 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 32 dəqiqə 3 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 1 saniyə nəticə ilə tamamlayıb.
Yarışın qalibi fransalı Dorian Koniks olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]