TROPİKLƏR AVROPAYA DOĞRU İRƏLİLƏYİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın Yuta ştatı Universitetinin alimləri planetimizdə qlobal istiləşmə prosesinin sürətlə getməsinə daha bir sübut tapmışlar. Peyk vasitəsilə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, son illər tropiklərin sahəsi yerin qütblərinə doğru getdikcə genişlənir. Lakin iqlimin bu cür dəyişməsi heç də yaşıllığın artacağından və iqlimin mülayimləşəcəyindən xəbər vermir, bəlkə də, əksinə. Bununla belə, səhraların subtropik sahəsi genişlənir, dağlardakı buzlaqlar azalır ki, bu da yağıntıların azalması və quraqlıq təhlükəsi yaradır.
Tədqiqatçılar 25 ildən artıq müddətdə toplanmış məlumatları öyrənərək aşkar etmişlər ki, hər bir iqlim zolağının sərhədlərini müəyyənləşdirən hava axını qütblərə doğru təxminən 1 dərəcə en dairəsi qədər yerini dəyişmişdir. Tədqiqatçıların fikrincə, bunun nəticəsində cənubi Avropada və Avstraliyanın cənub hissəsində qışda yağıntının miqdarı azala bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]