Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalandırılıb
Bakı, 22 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Samux rayonu Hacıalılı kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı fakt təsdiqini tapıb. Belə ki, ərazidə tullantıların qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Hacıalılı bələdiyyəsinin sədri Nizami Abbasov barəsində protokol tərtib olunub və o, 3500 manat məbləğində cərimə edilib.
Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli göstəriş verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]