TÜMEN VİLAYƏTİNDƏ “HİZBUT-TƏHRİR” PARTİYASININ 10 ÜZVÜ HƏBS EDİLMİŞDİR
Həbs edilənlər arasında Tümen İslam Mədəniyyəti Mərkəzinin lideri Marat Saybatalov və imam Dmitri Petriçenko da var. Onların hamısı “milli, dini ədavəti qızışdırmaqda və terrorizmdə” təqsirləndirilir.
Rusiya Ali Məhkəməsi 2003-cü il 14 fevral tarixli qərarı ilə “Hizbut- Təhrir” partiyasını terrorçu təşkilat hesab etmiş və Rusiya ərazisində onun fəaliyyətini yasaqlamışdır.