Tunisdə pandemiyanın iqtisadi fəsadları təhlükəli həddə çatıb
Qahirə, 15 iyun, AZƏRTAC
Tunisdə COVID-19 pandemiyasının iqtisadi fəsadları təhlükəli həddə çatıb.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin Baş Naziri İlyes Faxfax bəyan edib.
Onun sözlərinə görə, Tunis daha çox kredit götürməyə məcbur olub və artıq xarici borcun məbləği ümumi daxili məhsulun 60 faizi həcmindədir.
Baş Nazir əlavə edib ki, hökumət qarşıdakı aylarda insanların ictimai sektorda işlə təmin edilməsini dayandıracaq və hazırda dövlət qulluğunda maaşların azaldılması müzakirə olunur. Xarici borclarla yanaşı, ölkənin əlavə 4,5 milyon dinar (1,6 milyon dollar) vəsaitə ehtiyacı var və bu məbləğin yerli imkanlar, xüsusən qənaət hesabına təmin edilməsi nəzərdə tutulur.
İ.Faxfax qeyd edib ki, bu il Tunis iqtisadiyyatında 4,3 faiz azalma olacaq ki, bu da 1956-cı ildən bəri ən aşağı göstəricidir. Turizm sektorunda gəlirlərin 50 faiz aşağı düşməsi vəziyyəti daha da çətinləşdirib.
Baş Nazirin bəyanatı Həmkarlar Konfederasiyasının ciddi etirazına səbəb olub. Qeyd olunub ki, Tunisdə orta aylıq əməkhaqqı 250 dollardır və may ayında qeydə alınmış 6,3 faizlik inflyasiya fonunda maaşların azaldılması sosial gərginliyi daha da artıracaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]