Tur-aksiya iştirakçısı: Həzi Aslanovun ömür yolu igidlik, qəhrəmanlıq məktəbidir
Lənkəran, 27 mart, Bağır Əliyev, AZƏRTAC
İlk dəfədir ölkəmizin cənub bölgəsində oluram. Səyahətimizə Lənkərandan başladıq. Rayonla ikigünlük tanışlığımız yaddaşımda silinməz izlər buraxıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xızı rayonunun Sitalçay kənd tam orta məktəbinin XI sinif şagirdi Elmir İbrahimzadə bildirib.
E.İbrahimzadə daha sonra deyib: “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyində igid həmyerlimizin İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlar barədə zəngin məlumat əldə etdik. Otuz yaşında general rütbəsi alan Həzi Aslanovun başçılıq etdiyi tank briqadasının müharibədə bir ay müddətində səkkiz şəhəri azad etməsi və bununla əlaqədar SSRİ Ali Baş Komandanının onu səkkiz dəfə təşəkkürnamə ilə təltif etməsi həmyerlimizin şücaətindən xəbər verir. Həzi Aslanovun ömür yolu igidlik, qəhrəmanlıq məktəbidir. Bu məktəb biz gənclərə örnəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:57]
Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
- 11.06.2026 [18:55]