Tural Gəncəliyev: Fransa insan hüquqlarına hörmət etmir
Bakı, 21 oktyabr, AZƏRTAC
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizə aparan xalqları dəstəkləyir və onların yanındadır.
Hazırda kolonializm siyasəti yürüdən ölkələrdən biri də Fransadır. Fransa xalqları istismar altında saxlayaraq onların hüquqlarını pozur. Acınacaqlıdır ki, istismarçı ölkə başqalarına dərs vermək istəyir. Bu, gülüncdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev Yeni Kaledoniya nümayəndə heyəti ilə oktyabrın 21-də parlamentdə keçirilən görüş zamanı səsləndirib.
Otuz il işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycanın kolonializmə qarşı mübarizə aparanların yanında olduğunu diqqətə çatdıran deputat oktyabrın 20-də Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. O, konfransın kolonializmə qarşı mübarizəyə töhfə verəcəyini bildirib.
Fransanın dənizaşırı ərazilərin xalqlarına əziyyət verdiyini, təbii sərvətlərini taladığını diqqətə çatdıran T.Gəncəliyev bu ölkələrin müstəqillik uğrunda mübarizə aparan xalqlarının azadlıq arzularına və insan hüquqlarına hörmət etmədiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]