Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk Şurası - şərq Naxçıvanından qərb Budapeştinə uzanan qardaşlıq və birlik yolu

Türk Şurası - şərq Naxçıvanından qərb Budapeştinə uzanan qardaşlıq və birlik yolu

Ankara, 2 oktyabr, AZƏRTAC

Azərbaycanın paytaxtı Bakı şəhəri növbəti mühüm tədbirə ev sahibliyi etməyə hazırlaşır. Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci Zirvə Görüşü keçiriləcək. Bu tədbir özündə bir sıra mühüm məqamları ehtiva edir. Əvvəla, xüsusi qeyd etməliyik ki, bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının birinci yubileyi tamam olur. Tərəflər ötən 10 ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin şərtlərinə uyğun olaraq təşkilatın inkişafı üçün böyük səylər göstəriblər. Sıralarını getdikcə genişləndirən Türk Şurasının Naxçıvanda təsis olunması və ilk yubileyini Bakıda keçirməsi sözsüz ki, ölkəmiz, eləcə də hər bir azərbaycanlı üçün qürurvericidir.

Hazırda Bakı Zirvəsinə ciddi hazırlıq işləri aparılır. Həm təşkilatın İstanbulda yerləşən katibliyi, həm Zirvəyə ev sahibliyi edəcək Azərbaycan, həm də TDƏŞ üzvləri Türk Şurasının fəaliyyətində baş verən canlanmanın dinamizmini qorumaqda maraqlıdırlar. Təşkilatın yubileyini tərənnüm edəcək Bakı Zirvəsində gözlənilən mühüm siyasi məqamlar var. Naxçıvan Sazişinin Özbəkistan Respublikası tərəfindən ratifikasiyası sentyabrın 14-də tamamlanıb. Digər önəmli məsələ isə sentyabrın 20-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeşt şəhərində ofisinin açılış mərasiminin keçirilməsidir. Bu tədbirdə TDƏŞ-in, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın nümayəndə heyətləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, macar rəsmiləri, yerli ictimaiyyət nümayəndələri, türkoloq alimlər, adıçəkilən ölkələrin diaspor üzvləri və digər qonaqlar iştirak ediblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyi həm Özbəkistanın Türk Şurasına qəbul olunması, həm də Macarıstanda təşkilatın ofisinin açılması ilə bağlı bəyanat yayıb. Eləcə də TDƏŞ üzvləri hər iki hadisəni yüksək dəyərləndiriblər. Bütün bəyanatlarda əminliklə ifadə olunub ki, təşkilatın sıralarının genişlənməsi getdikcə artan əməkdaşlığa mühüm təkan verəcək.

Özbəkistan hər zaman türk dünyasının, habelə böyük İpək Yolu boyunca yerləşən qədim Səmərqənd, Buxara və Xivə şəhərləri ilə türk-İslam tarixinin iqtisadi və mədəni beşiyi olan mərkəzlərdən biri olub. Bu ölkə zəngin milli və tarixi irsi ilə dünya sivilizasiyasına böyük töhfələr verib. Bu gün Özbəkistan "coğrafi mərkəz" olaraq artan imkanları ilə yalnız qardaş ölkələr üçün deyil, bütün bölgə üçün yeni inkişaf mərhələsi təqdim edir. Qardaş Özbəkistan kimi Avropada mühüm coğrafi mövqelərə sahib olan Macarıstan da Avropada əhəmiyyətli geosiyasi mövqeyə və əlaqələrə sahibdir. Özbəkistan və Macarıstanın Türk Şurası evinə daxil olması yaxın gələcəkdə hər iki ölkənin sərhəd qonşularının da bu təşkilatda birləşmək istəklərinin ortaya çıxaracağını deməyə əsas verir. Bəli, hazırda Türk Şurası varlığına əzəmət verən şərq Naxçıvanından qərb Budapeştinə uzanan qardaşlıq və birlik yoludur.

Beləliklə, əvvəlcə Türk Şurasının açıq hədəflərinə nəzər yetirək:

-Türk dünyasının siyasi və mədəni inteqrasiyasına nail olmaq;

-Təşkilata üzv ölkələr arasında ticarət dövriyyəsini genişləndirmək;

-Qarşılıqlı olaraq səmərəli biznes və sərmayə mühiti yaratmaq;

-Turizmi kompleks şəkildə inkişaf etdirmək və s.

Ötən on ildə yuxarıda sadaladığımız fəaliyyət istiqamətləri barədə əhəmiyyətli bir inkişaf yolu qət olunub. İndi də Türk Şurasının fəaliyyət strategiyasında əldə olunan bir sıra uğurlardan bəhs etmək yerinə düşərdi:

- Türk Şurasının 2014-cü ildə başladığı “Modern İpək Yolu güzərgahı” turistik layihəsi hazırda uğurla davam edir;

- 2017-ci il fevralın 22-də Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransın mahiyyətini yüksək dəyərləndiririk. Bu konfransda Azərbaycanın və Türkiyənin hökumət nümayəndələri, səfirlər, deputatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, görkəmli alimlər, elm və mədəniyyət xadimləri iştirak ediblər. Dünyanın aparıcı KİV-ləri “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransın təşkil edilməsinin əhəmiyyətini Azərbaycan diplomatiyasının böyük uğuru kimi dəyərləndirdi. Bu konfrans Xocalı soyqırımı barədə beynəlxalq təşkilatın ilk tədbiri kimi tarixə düşüb;

-2019-cu il mayın 17-də Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin ticarət-sənaye palatalarının iştirakı ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası təsis edilib;

-ABŞ-ın Nyu-York şəhərində türkdilli diasporların potensialının təkmilləşdirilməsi üzrə təlim proqramı təşkil edilib. Proqram Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor qurumlarının təqdimatı olub;

-Sentyabrın 26-da Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Ankaradakı səfirliyində Naxçıvan Sazişinin 10 illiyi münasibətilə geniş tədbir və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev haqqında “Türk inteqrasiyasının arxitektoru” kitabının təqdimatı keçirilib.

Yuxarıda sadaladığımız faktlar sırasına Türk Şurasının Zirvə görüşlərində qəbul olunan tarixi qərarları, onların icrası istiqamətində görülən işləri, perspektivdə dayanan layihələrin həlli yolunda aparılan müzakirələri, eləcə də təşkilatın aidiyyəti qurumlarının birgə iclaslarını və təşkilata aid digər tədbirləri də əlavə edə bilərik.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi 2018-ci ildə 29 faiz, bu ilin yanvar-iyul ayı ərzində isə 32 faiz artıb. Əminliklə deyə bilərik ki, bu dəfə Bakıda keçiriləcək, türkdilli dövlətlərdə kiçik və orta sahibkarlığın inkişafına həsr olunacaq biznes forum daha mühüm məsələləri müzakirə edəcək.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi