Türk Şurası Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək
İstanbul, 5 aprel, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün Azərbaycana 20 nəfərlik müşahidə missiyası göndərəcək.
Şuranın Katibliyindən AZƏRTAC-a verilən məlumata görə, heyətə Türk Şurası baş katibinin müavini Ömər Kocaman rəhbərlik edəcək. Bakı, Şəki və Quba şəhərlərində səsvermənin gedişini izləyəcək müşahidəçilər seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək və bəyanat yayacaqlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul