Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Şəkidə olmuşdur
Şəki, 3 iyul (AZƏRTAC, Mustafa Dadaşov). Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov iyulun 3-də Şəkidə olmuşdur.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətində keçirilən görüşdə qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti və turizm potensialı barədə geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, 2700 ildən çox yaşı olan Şəki həm də tarixi-memarlıq abidələri ilə məşhurdur. Burada qədimdən ipəkçilik və sənətkarlıq inkişaf etmişdir. Artıq üçüncü gündür ki, bu şəhərdə “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində tədbirlər keçirilir. Fərəhli haldır ki, festivalda türkdilli xalqların folklor, rəqs və musiqi kollektivləri də yaxından iştirak edirlər.
TürkPA-nın baş katibi Jandos Asanov qurumun fəaliyyəti, layihələri barədə məlumat vermişdir. Azərbaycanda ötən ilin oktyabrından fəaliyyətə başladığını bildirən baş katib bölgələrə ilk səfərini Şəkidən başlamaqda heç də yanılmadığını, şəhərin gözəlliyinin onu valeh etdiyini diqqətə çatdırmışdır. Qonaq sözügedən festivalda iştirakından məmnun qaldığını bildirmişdir.
Görüşdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
Qonağa Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]