TÜRKİYƏ HAVA LİMANINDA QƏSDƏN YANĞIN TÖRƏDİLMƏSİ BARƏDƏ İNFORMASİYANI TƏSDİQLƏMİR
Buna baxmayaraq, “Kürdüstanın azadlığı şahinləri” radikal kürdpərəst qruplaşmasının yaydığı bəyanata görə, hava limanında yanğın qəsdən törədilmişdir. Bu il İstanbulda törədilən bütün terror aktlarına görə məsuliyyəti üzərinə götürən həmin təşkilatın bəyanatını Avropadan kürdyönümlü “Firat” xəbərlər agentliyi yaymışdır.
Xatırladaq ki, mayın 24-də axşam İstanbul hava limanında baş vermiş güclü yanğın nəticəsində yük terminalı yanıb külə dönmüşdür. Burada ixrac üçün nəzərdə tutulan, əsasən, toxuculuq və dəri məmulatından ibarət yük, habelə 250 kiloqrama qədər qızıl vardı. Rəsmi məlumata görə, yanğının söndürülməsi zamanı dəm qazı ilə zəhərlənən 3 nəfər zərər çəkmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]