Türkiyə hərbçiləri Britaniyada “Eurofighter”in idarəedilməsi təlimi keçəcəklər
Ankara, 23 iyul, AZƏRTAC
Türkiyə Hərbi Hava Qüvvələri şəxsi heyətinin bir qrupu avqust ayında “Eurofighter” çoxməqsədli qırıcı təyyarələrinin istismarı üzrə təlim keçmək məqsədilə Böyük Britaniyaya səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 23-də Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik uçuş təlim proqramı və texniki personal üçün qabaqcıl təlim daxil olmaqla, Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) “Eurofighter” təyyarələrinin tədarükü ilə bağlı razılaşmaları bir daha təsdiqləyib.
“Türkiyə HHQ-nin qrupları qarşıdakı illərdə Böyük Britaniyada təlimlərini davam etdirəcək”, - deyə Türkiyə Müdafiə Nazirliyi bildirib.
Türkiyə 8 milyard funt sterlinq (10,7 milyard dollar) dəyərində 20 ədəd yeni “Eurofighter Typhoon” qırıcı təyyarəsinin alınması üçün Birləşmiş Krallıqla müqavilə imzalayıb.
Bundan əlavə, Ankara Qətər və Omandan əlavə 24 qırıcı təyyarə aldığını elan edib. Qətərdən alınan təyyarələrdən on ikisi “Eurofighter Tranche 3A”nın ən son versiyasıdır.
Omanın modernləşdirmədən sonra qırıcı təyyarələri 2028-ci ildə Türkiyəyə təhvil verməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]