Türkiyə ilə Albaniya arasında münasibətlər daha da genişlənir
Ankara, 6 yanvar, AZƏRTAC
Albaniyanın Baş naziri, Avropa və xarici işlər naziri Edi Rama Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla Baş nazir Edi Rama təkbətək, sonra heyətlərarası görüşlərdə Türkiyə-Albaniya münasibətlərinin inkişaf dinamikası müzakirə olunub.
Görüşlərdən sonra hökumət başçıları Prezident Administrasiyasında birgə mətbuat konfransı keçiriblər.
Türkiyənin bundan sonra da Albaniya ilə həmrəy olacağını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan yeni anlaşmaların əhəmiyyətini yüksək dəyərləndirib. Dövlət başçısı bildirib ki, Türkiyənin Albaniyada inşa edəcəyi yaşayış binaları və xəstəxana ən qısa zamanda tamamlanacaqdır.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, dost Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən hər zaman həmrəylik sərgiləndiyini diqqətə çatdıran Baş nazir Edi Rama əminliklə bildirib ki, iki ölkə arasında əlaqələrin daha da genişlənməsi üçün güclü siyasi iradə mövcuddur. Əminəm ki, bu səfər çərçivəsində mühüm addımlar atdıq.
Türkiyə-Albaniya əməkdaşlığına dair sənədlər imzalanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]