Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur
Ankara, 24 noyabr, AZƏRTAC
Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan Türkiyədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə vəliəhd Məhəmməd bin Zayed Al Nəhyan arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
Sonra Prezident Rəcəb Tayyib Ərdoğan və vəliəhd Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
İmzalanan sənədlərin fəaliyyət dairəsinin genişliyi və aktuallığı deməyə əsas verir ki, Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Sənədlərin imzalanmasından sonra verilən ilkin açıqlamaya əsasən, Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə sərmayə qoyuluşu üçün 10 milyard ABŞ dolları məbləğində maliyyə fondu yaradıb.
Vəliəhd Məhəmməd bin Zayed Al Nəhyanın Ankaraya səfəri Türkiyənin Yaxın Şərq siyasətində ən böyük uğurlardan biri kimi qiymətləndirilə bilər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]